Yuxarı

​Medvedev: "Terrorçuluqla mübarizədə müttəfiqləri doğmaya-yada ayırmaq olmaz"

Vaxtilə ABŞ Əl-Qaidənin möhkəmlənməsinə imkan yaratdı ki, bu da 11 sentyabr faciəsinə gətirib çıxardı

Bakı. 23 noyabr. REPORT.AZ/ Rusiyanın baş naziri Dmitri Medvedev bildirib ki, terror təhlükəsi ilə mübarizədə müttəfiqləri doğmaya-yada ayırmaq olmaz.

"Report" TASS-a istinadən xəbər verir ki, bu barədə o, ABŞ prezidentinin Rusiyanın Suriya münaqişəsindəki roluna dair şərhini qiymətləndirərkən bildirib.

"Vaxtilə ABŞ "Əl-Qaidə"nin möhkəmlənməsinə imkan yaratdı ki, bu da 11 sentyabr faciəsinin baş verməsinə gətirib çıxardı. Bu dərslər bir fikri təsdiqləyir ki, terror təhlükəsi ilə yalnız əlbir olaraq mübarizə aparmaq mümkündür, müttəfiqləri bu mübarizədə doğmaya və yada ayırmadan", — deyə o bildirib.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi