Baş nazir: "Ola bilsin meşələri qəsdən yandırıblar"

Baş nazir: "Ola bilsin meşələri qəsdən yandırıblar" Rusiya hökumətinin başçısı Dmitri Medvedev Sibirdə meşələrin qəsdən yandırılması versiyasının yoxlanılması ilə bağlı Baş Prokurorluğa və İstintaq Komitəsinə tapşırıq verib.
Region
1 Avqust , 2019 10:09
Baş nazir: Ola bilsin meşələri qəsdən yandırıblar

Rusiya hökumətinin başçısı Dmitri Medvedev Sibirdə meşələrin qəsdən yandırılması versiyasının yoxlanılması ilə bağlı Baş Prokurorluğa və İstintaq Komitəsinə tapşırıq verib.

“Report” TASS-a istinadən xəbər verir ki, bu barədə D.Medvedev avqustun 1-də Çitada keçirilən müşavirədə bildirib.

Onun sözlərinə görə, meşələrin qanunsuz kəsilməsini gizlətmək üçün qəsdən yanğın törədə bilərlər: Tapşırığa əsasən, yoxlama bu il noyabrın 1-dək başa çatdırılmalıdır.

Qeyd edək ki, avqustun 1-də gecə saatlarında ABŞ Prezidenti Donald Tramp Sibirdəki yanğının söndürülməsinə yardım etmək məqsədi ilə Rusiya Prezidenti Vladimir Putinə zəng edib.

Xatırladaq ki, Sibirdə 3 mln. hektardan çox meşə sahəsi yanır

Son xəbərlər

Orphus sistemi