MDB-yə üzv ölkələrin hökumət başçılarının iclası oktyabrın 30-da Düşənbədə keçiriləcək

MDB-yə üzv ölkələrin hökumət başçılarının iclası oktyabrın 30-da Düşənbədə keçiriləcək İclasda 40 sənəd layihəsinə baxılması nəzərdə tutulur
Region
29 Oktyabr , 2015 11:54
MDB-yə üzv ölkələrin hökumət başçılarının iclası oktyabrın 30-da Düşənbədə keçiriləcək

Bakı. 29 oktyabr. REPORT.AZ/ MDB-yə üzv ölkələrin hökumət başçılarının növbəti iclası oktyabrın 30-da Tacikistanın paytaxtı Düşənbə şəhərində keçiriləcək. "Report" "RİA Novosti"yə istinadən xəbər verir ki, bu haqda məlumatı Tacikistan Xarici İşlər Nazirliyinin nümayəndəsi Abdulfayz Atoi verib.

Onun sözlərinə görə, MDB Hökumət Başçıları Şurasının iclasında 40 sənəd layihəsinə baxılması nəzərdə tutulur. Gündəmdə olacaq hər dörd layihədən biri iqtisadi sahədə əməkdaşlığın daha da genişləndirilməsi və dərinləşdirilməsinə yönələcək.

Görüşə Azərbaycan, Ermənistan, Belarus, Qazaxıstan, Qırğızıstan, Moldova və Rusiyanın baş nazirlərinin gəlməsi gözlənilir. Türkmənistanı görüşdə Nazirlər Kabinetinin sədr müavini, Özbəkistanı isə vitse baş nazir təmsil edəcək. Toplantıya Ukraynanın Tacikistandakı səfiri də dəvət edilib.

Proqrama əsasən, iclas iştirakçıları oktyabrın 30-u səhər Tacikistan prezidenti Emoməli Rəhmonın qəbulunda olacaq. Ardından iştirakçılar gündəmdə olan məsələləri əvvəlcə məhdud, sonra isə geniş tərkibdə müzakirə edəcək. İclasın yekunları barədə məlumat sənədlərin imzalanmasından dərhal sonra təşkil ediləcək mətbuat konfransında veriləcək.

Son xəbərlər

Orphus sistemi