MDB ölkələrinin xüsusi xidmət orqanları sosial şəbəkələrdə terrorçuları cəlb edənlərin müəyyən olunması üzrə antiterror təlimləri keçirəcək

MDB ölkələrinin xüsusi xidmət orqanları sosial şəbəkələrdə terrorçuları cəlb edənlərin müəyyən olunması üzrə antiterror təlimləri keçirəcək Moskvada MDB ölkələrinin antiterror mərkəzlərinin rəhbərlərinin iclası keçirilir
Region
15 Fevral , 2017 13:09
MDB ölkələrinin xüsusi xidmət orqanları sosial şəbəkələrdə terrorçuları cəlb edənlərin müəyyən olunması üzrə antiterror təlimləri keçirəcək

Bakı. 15 fevral. REPORT.AZ/ MDB ölkələrinin xüsusi xidmət orqanları 2017-ci ildə sosial şəbəkələrdə terrorçuları cəlb edənlərin, eləcə də beynəlxalq terror təşkilatlarının emissarlarının müəyyən olunması üzrə irimiqyaslı antiterror təlimləri keçirəcək.

"Report" TASS-a istinadən xəbər verir ki, bu barədə MDB Antiterror Mərkəzinin (ATM) rəhbəri, general-polkovnik Andrey Novikov Moskvada MDB üzvü olan ölkələrin milli anti-terror mərkəzlərinin rəhbərlərinin 10-cu iclasında bildirib.

Bu görüşdə Azərbaycan da daxil olmaqla, MDB-nin 10 ölkəsinin xüsusi xidmət orqanlarının nümayəndələri iştirak edir. Gündəlikdə dayanan məsələlər arasında Suriya-İraq zonasında vəziyyətin kəskinləşməsi şəraitində terror təhdidlərinin dəyərləndirilməsi, vəziyyətin inkişaf proqnozu, terror təşkilatlarının sıralarına yeni üzvlər qəbul etməsiylə mübarizə və s. olub.

A.Novikov əlavə edib ki, MDB ATM Birlik ölkələrinin xüsusi xidmət orqanlarına terror fəaliyyəti ilə məşğul olan şəxslər haqqında məlumatların konsolidasiyanı həyata keçirməyi təklif edir.

Son xəbərlər

Orphus sistemi