​MDB ölkələrinin miqrasiya xidmətləri cari vəziyyəti müzakirə edəcək

​MDB ölkələrinin miqrasiya xidmətləri cari vəziyyəti müzakirə edəcək Azərbaycanın qaçqın və məcburi köçkün problemlərinin həlli sahəsindəki təcrübəsi nəzərdən keçiriləcək
Region
12 Aprel , 2015 07:54
​MDB ölkələrinin miqrasiya xidmətləri cari vəziyyəti müzakirə edəcək

Bakı. 12 aprel. REPORT.AZ/ Aprelin 15-də Moskvada MDB dövlətlərinin Miqrasiya Orqanları Rəhbərləri Şurasının 17-ci iclası keçiriləcək.

“Report” xəbər verir ki, bu barədə MDB İcraiyyə Komitəsinin mətbuat xidmətinin məlumatında bildirilir.

Qeyd olunur ki, iclasda Birlik ölkələrində miqrasiya vəziyyəti, miqrantların müəyyən edilməsi və təsnifatına vahid yanaşmanın formalaşdırılması, Birlik ölkələri vətəndaşlarının etibarsız sənədlərinin ümumi məlumat bankının yaradılması və s. məsələlərin müzakirəsi planlaşdırılır.

Bir sıra məsələlərlə yanaşı, həmçinin Azərbaycanın qaçqın və məcburi köçkünlərin problemlərinin həlli istiqamətində təcrübəsi də nəzərdən keçiriləcək.

Son xəbərlər

Orphus sistemi