MDB ölkələri terrorçuların siyahısının mübadiləsini aparmaq niyyətindədir

MDB ölkələri terrorçuların siyahısının mübadiləsini aparmaq niyyətindədir Siyahıların tanınması müvafiq ikitərəfli və çoxtərəfli sazişlərin bağlanması yolu ilə həyata keçiriləcək
Region
25 İyul , 2017 14:44
MDB ölkələri terrorçuların siyahısının mübadiləsini aparmaq niyyətindədir

Bakı. 25 iyul. REPORT.AZ / MDB ölkələri terror fəaliyyəti ilə əlaqəsi olan şəxslərin siyahılarının mübadilə edilməsini və ümumi bazanın yaradılmasını planlaşdırır.

"Report" RİA "Novosti"yə istinadən xəbər verir ki, bu barədə Minskdə Qırğızıstan hökuməti yanında Dövlət Maliyyə Kəşfiyyatı Xidmətinin Təşkilati-hüquq şöbəsinin müdiri Çınqız Kənanbayev bildirib.

Qeyd edək ki, iyulun 25-26-də Minskdə MDB İcraiyyə Komitəsində cinayət yolu ilə əldə edilmiş gəlirlərin leqallaşdırılması (yuyulması), terrorçuluğun maliyyələşdirilməsi və kütləvi qırğın silahlarının yayılmasının maliyyələşdirilməsinə qarşı mübarizə haqqında MDB dövlətlərinin müqavilə layihəsinin razılaşdırılması üzrə ekspert qrupunun iclası keçirilir.

"Terrorizmlə mübarizə üzrə beynəlxalq əməkdaşlıq çərçivəsində ciddi addımlar atılıb. Dövlətlər tərəfindən terrorçuların siyahısının tanınması nəzərdə tutulub ki, biz MDB məkanında bu növ cinayətlərlə mübarizədə səylərimizi birləşdirə bilək", - Qırğızıstanın Maliyyə Kəşfiyyatı Xidmətinin nümayəndəsi vurğulayıb.

Onun sözlərinə görə, siyahıların tanınması müvafiq ikitərəfli və çoxtərəfli sazişlərin bağlanması yolu ilə həyata keçiriləcək: "Əgər ekspert iclası müqavilənin layihəsini qəbul etsə, bu ilin noyabrında Hökumət Başçıları Şurası çərçivəsində onun imzalanması planlaşdırılır."

Son xəbərlər

Orphus sistemi