MDB ölkələri pilotsuz aviasiyaya qarşı birgə mübarizə aparacaqlar

MDB ölkələri pilotsuz aviasiyaya qarşı birgə mübarizə aparacaqlar Bakı. 20 aprel. REPORT.AZ/ Müstəqil Dövlətlər Birliyi (MDB) ölkələrinin Baş Qərargahları pilotsuz aviasiyadan istifadə edilməsi sahəsində əməkdaşlıq etmək niyyətindədir.
Region
20 Aprel , 2018 17:03
MDB ölkələri pilotsuz aviasiyaya qarşı birgə mübarizə aparacaqlar

Bakı. 20 aprel. REPORT.AZ/ Müstəqil Dövlətlər Birliyi (MDB) ölkələrinin Baş Qərargahları pilotsuz aviasiyadan istifadə edilməsi sahəsində əməkdaşlıq etmək niyyətindədir.

"Report" "RİA Novosti"yə istinadən xəbər verir ki, bu barədə Rusiya Silahlı Qüvvələrinin Baş Qərargah rəisi, ölkənin müdafiə nazirinin birinci müavini, ordu generalı Valeri Gerasimov Qərargah Rəisləri Komitəsinin iclasında bildirib.

Onun sözlərinə görə, əməkdaşlıqda pilotsuz aviasiyaya qarşı birgə mübarizə də yer almalıdır.

Qeyd edək ki, MDB ölkələrinin Silahlı Qüvvələrinin Qərargah Rəisləri Komitəsinin Tatarıstanın paytaxtı Kazan şəhərində keçirilən iclasında Rusiya ilə yanaşı, Azərbaycan, Ermənistan, Belarus, Qazaxıstan, Qırğız Respublikası, Tacikistan və Özbəkistan nümayəndələri də iştirak ediblər.

Son xəbərlər

Orphus sistemi