MDB ölkələri gömrük xidmətlərinin rəhbərləri internet ticarətindəki pozuntulara qarşı mübarizəni müzakirə edəcək

MDB ölkələri gömrük xidmətlərinin rəhbərləri internet ticarətindəki pozuntulara qarşı mübarizəni müzakirə edəcək Görüşdə narkotik vasitələrin qanunsuz beynəlxalq dövriyyəsi ilə mübarizə üzrə işçi qrupunun fəaliyyəti haqqında hesabat dinləniləcək
Region
13 Aprel , 2016 11:51
MDB ölkələri gömrük xidmətlərinin rəhbərləri internet ticarətindəki pozuntulara qarşı mübarizəni müzakirə edəcək

Bakı. 13 aprel. REPORT.AZ/ Transsərhəd internet ticarətindəki qanun pozuntularına qarşı mübarizə məsələləri MDB ölkələri gömrük xidmətlərinin rəhbərləri Şurasının hüquq-mühafizə bölmələri başçıları Komitəsinin iclasında müzakirəyə çıxarılıb.

"Report" BELTA-ya istinadən xəbər verir ki, Belarusun Qrodno şəhərində keçirilən Komitənin 13-cü iclasında Belarus Dövlət Gömrük Komitəsi və Rusiya Federal Gömrük Xidmətinin rəhbərləri, Azərbaycan, Ermənistan, Qazaxıstan, Tacikistan, Özbəkistan, Qırğızıstanın gömrük komitələri və xidmətlərinin başçıları, eləcə də MDB-nin İcraiyyə Komitəsinin və Latviya Gömrük Polis İdarəsinin nümayəndələri iştirak edir.

Müzakirəyə çıxarılan mövzularından biri transsərhəd internet ticarətindəki qanun pozuntularına qarşı mübarizədə səyləri konsolidasiyasını nəzərdə tutur. Görüşdə narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının və güclü təsirə malik vasitələrin qanunsuz beynəlxalq dövriyyəsi ilə mübarizə üzrə işçi qrupunun fəaliyyəti haqqında hesabat dinləniləcək.

Son xəbərlər

Orphus sistemi