Yuxarı

MDB Nüvə və Radiasiya Təhlükəsizliyi Konsepsiyasını təsdiq edib

Aşqabadda MDB ölkələri hökumət başçıları Şurasının iclası başa çatıb

Bakı. 21 noyabr. REPORT.AZ/ Noyabrın 21-də Aşqabadda Müstəqil Dövlətlər Birliyi (MDB) hökumət başçıları Şurasının növbəti iclası keçirilib. İclasda təşkilata üzv 11 dövlətin inteqrasiya əməkdaşlığının müxtəlif aspektlərinə dair 20 məsələ müzakirə olunub. 

"Report" "RİA Novosti"yə istinadən xəbər verir ki, iclasda MDB iştirakçı dövlətlərinin sülh məqsədilə atom enerjisinin istifadəsi sahəsində Nüvə və Radiasiya Təhlükəsizliyi Konsepsiyası təsdiq olunub. 

Sənəddə nüvə və radiasiya təhlükəsizliyinin təmin olunması üzrə qarşılıqlı əməkdaşlığın əsas prinsipləri və məsələləri, eləcə də onların həyata keçirilməsinin prioritet istiqamətləri qeyd olunub. Bu konsepsiyanın gələn il həyata keçirilməsi üçün Təxirəsalınmaz Tədbirlər Planının hazırlanması nəzərdə tutulub. 

Bundan başqa, MDB hökumət başçıları Şurası bir sıra proqramları, o cümlədən "Uran istehsalının təsirinə məruz qalmış dövlətlərin ərazisinin rekultivasiyası" dövlətlərarası məqsədli proqramı, MDB dövlətlərinin 2020-ci ilə qədər turizm sahəsində əməkdaşlığının inkişaf strategiyalarının həyata keçirilməsi üzrə 2015-2017-ci illər üçün tədbirlər planını təsdiq edib. 

Həmçinin bir sıra büdcə-maliyyə məsələləri müzakirə olunub.   

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi