MDB-nin yeddi ölkəsində birgə HHM sisteminin genişmiqyaslı məşqləri keçirilir

MDB-nin yeddi ölkəsində birgə HHM sisteminin genişmiqyaslı məşqləri keçirilir Yoxlamada Rusiya, Ermənistan, Belarus, Qazaxıstan, Qırğızıstan, Tacikistan və Özbəkistanın HHM üzrə qüvvələri və vasitələri iştirak edir
Region
26 Oktyabr , 2016 12:24
MDB-nin yeddi ölkəsində birgə HHM sisteminin genişmiqyaslı məşqləri keçirilir

Bakı. 26 oktyabr. REPORT.AZ/ MDB-nin yeddi ölkəsində birgə Hava Hücumundan Müdafiə sisteminin genişmiqyaslı məşqləri başlayıb.

"Report" RİA "Novosti"yə istinadən xəbər verir ki, yoxlamalara 130-dan çox komanda mərkəzi və təxminən 100 döyüş təyyarəsi cəlb olunub.

Yoxlamada Rusiya, Ermənistan, Belarus, Qazaxıstan, Qırğızıstan, Tacikistan və Özbəkistanın HHM üzrə qüvvələri və vasitələri iştirak edir.

Məşqlərdə "Su-27", "MiQ-29", "MiQ-31" qırıcı, "Su-24", "Su-34" bombardmançı, "Su-25" hücum, "Tu-22", "Tu-160", "Tu-95" uzaq mənzilli təyyarələrdən, eləcə də "Ka-27", "Mi-8" helikopterlərindən istifadə olunur. Həmçinin adları çəkilən ölkələrin birgə HHM sistemi üçün ayırdığı radiotexniki qoşunların və zenit-raket qoşunlarının bölmələri də məqşlərə cəlb edilib.

Hərbçilər yoxlamalarda şərti düşmən tərəfindən hava məkanının və dövlət sərhədlərinin pozulması halında atılacaq addımlar, təyyarənin qaçırılması, eləcə də nasazlıq yaranmış hava gəmilərinin ekipajına yardım göstərilməsi üzrə məşq keçir.

Bundan əlavə, təyyarə qrupları Rusiya, Belarus, Qazaxıstan və Ermənistan hava məkanında müəyyən manevrlər də həyata keçirəcək.

Son xəbərlər

Orphus sistemi