MDB-nin xüsusi xidmət orqanları rəhbərləri Moskvada görüşəcəklər

MDB-nin xüsusi xidmət orqanları rəhbərləri Moskvada görüşəcəklər Gündəlikdə cari mərhələdə terror təhlükələrinin qiymətləndirilməsi dayanır
Region
20 Fevral , 2018 11:57
MDB-nin xüsusi xidmət orqanları rəhbərləri Moskvada görüşəcəklər

Bakı. 20 fevral. REPORT.AZ/ MDB ölkələrinin antiterror strukturlarının rəhbərləri qlobal terror təhlükəsinin transformasiyası şəraitində birgə işin istiqamətlərini razılaşdırmaq üçün Moskva vilayətinin Odintsovo şəhərində bir araya gələcəklər.

"Report" RİA "Novosti"yə istinadən xəbər verir ki, bu barədə görüşü təşkil edən MDB Antiterror Mərkəzinin mətbuat xidməti məlumat yayıb.

Bildirilib ki, görüşdə MDB ölkələrinin təhlükəsizlik və xüsusi xidmət orqanlarının, birliyin qanunverici və sahə əməkdaşlığı orqanlarının, beynəlxalq təşkilatların nümayəndə heyətlərinin iştirakı nəzərdə tutulur.

Gündəlikdə cari mərhələdə terror təhlükələrinin qiymətləndirilməsi dayanır.

Yığıncaq iştirakçıları həmçinin profil qurumların qaynar nöqtələrdə döyüşmüş beynəlxalq terrorçuların qayıdışı şəraitində təhlükəsizliyin təmin olunması üzrə qarşılıqlı əlaqə istiqamətlərini müəyyənləşdirəcəklər.

Bundan əlavə, 2018-ci ildə keçirilməsi nəzərdə tutulan MDB birgə antiterror təliminin hazırlıqlarına xüsusi diqqət ayrılacaq.

Son xəbərlər

Orphus sistemi