Yuxarı

MDB missiyasının rəhbəri: "Özbəkistanda prezident seçkiləri fəal və mütəşəkkil qaydada keçir"

Müşahidəçilər bütün seçki məntəqələrinə sərbəst daxil ola bilir

Bakı. 29 mart. REPORT.AZ/ Özbəkistanda prezident seçkiləri fəal və mütəşəkkil qaydada keçir. "Report" "RİA Novosti"yə istinadən xəbər verir ki, bu barədə MDB müşahidəçilər missiyasının rəhbəri, MDB İcraiyyə Komitəsinin sədri Sergey Lebedyev bildirib. 

"Missiya artıq Daşkənddə bir neçə seçki məntəqəsində olub və hər yerdə səsvermə fəal, mütəşəkkil və sakit şəraitdə keçir, Mərkəzi Seçki Komissiyası tərəfindən görülən böyük işlər göz qabağındadır", - S.Lebedyev seçki məntəqələrinin birində qeyd edib. 

"Bizim müşahidəçilər istənilən seçki məntəqəsinə sərbəst daxil ola bilir, bütün hakimiyyət orqanlarında bizə lazımi məlumatlar verilir. Hər yerdə dəstək və fəaliyyətimizdə bizə göstərilən yardımı hiss edirik", - Lebedyev əlavə edib. 

Qeyd edək ki, MDB müşahidəçilər missiyasının tərkibində Azərbaycan, Belarus, Qazaxıstan, Qırğız Respublikası, Rusiya, Tacikistan, Türkmənistan, eləcə də MDB İcraiyyə Komitəsindən 72 müşahidəçi akkreditasiya olunub.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi