MDB missiyası: Özbəkistanda prezident seçkiləri azad və sərbəst şəraitdə keçib

MDB missiyası: Özbəkistanda prezident seçkiləri azad və sərbəst şəraitdə keçib "Seçkilər Özbəkistan Konstitusiyası və ölkənin digər qanunverici aktlarına tam uyğun şəkildə keçib"
Region
30 Mart , 2015 13:01
MDB missiyası: Özbəkistanda prezident seçkiləri azad və sərbəst şəraitdə keçib

Bakı. 30 mart. REPORT.AZ/  Özbəkistanda prezident seçkiləri azad və sərbəst şəraitdə keçib və qəbul olunan demokratik normalara uyğun olub. "Report" "RİA Novosti"yə istinadən xəbər verir ki, bu barədə MDB müşahidəçilər missiyasının rəhbəri, MDB İcraiyyə Komitəsinin sədri Sergey Lebedyev bildirib.

"Seçkilər Özbəkistan Konstitusiyası və ölkənin digər qanunverici aktlarına tam uyğun şəkildə keçib. Prezident seçkiləri zamanı vətəndaşların öz  iradələrini sərbəst şəkildə ifadə etmək hüquqları təmin edilib", - Lebedyev qeyd edib. 

Seçkilərin gedişinə 43 ölkədən 300-ə yaxın müşahidəçi nəzarət edib. MDB missiyası Lebedyevin rəhbərliyi ilə 72 müşahidəçidən ibarət olub. "Biz bəzi pozuntuları qeydə aldıq, lakin onlar texniki xarakter daşıyırdı və seçkilərin nəticələrinə təsir edə bilməzdi", - missiyanın rəhbəri vurğulayıb. O əlavə edib ki, Özbəkistanın Mərkəzi Seçki Komissiyası və digər hakimiyyət strukturları tərəfindən seçkilərin hazırlığı və keçirilməsinə obyektiv müşahidə etmək üçün lazımi şərait yaradılıb. 

Son xəbərlər

Orphus sistemi