Yuxarı

MDB məkanında 10 minə yaxın insan terrorizm və ekstremizmə görə axtarışdadır

​MDB məkanında 10 minə yaxın insan terrorizm və ekstremizmə görə axtar

MDB məkanında 10 minə yaxın insan terror və ekstremist cinayətlərdə ittiham olunur.

"Report" xəbər verir ki, bu barədə TASS-a müsahibəsində MDB Antiterror Mərkəzinin (ATM) rəhbəri Andrey Novikov bildirib.

Onun sözlərinə görə, bunun yarısını silahlılar təşkil edir.

"MDB ATM-in məlumat massivlərində terror və ekstremist xarakterli cinayətlərə görə dövlətlərarası axtarışa verilən 10 minə yaxın insan haqqında ətraflı məlumat var. Bunlardan 5 mindən çoxu terror, ekstremist qruplaşmalarında və MDB-yə üzv olmayan ölkələrin ərazilərdəki qeyri-qanuni silahlı dəstələrdə iştirak edən və ya iştirak etmiş şəxslərdir", - A.Novikov deyib.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Tərəfdaşların xəbərləri


Xəbər lenti

Son xəbərlər



Orphus sistemi