Yuxarı
    Bağlamaq

    MDB İqtisadi Şurasının növbəti iclası Moskvada keçiriləcək

    Gündəliyə MDB ölkələrinin iqtisadi sahədə qarşılıqlı əməkdaşlığına dair 20 məsələ daxildir

    Bakı. 9 sentyabr. REPORT.AZ/ Sentyabrın 11-də Moskvada Müstəqil Dövlətlər Birliyinin (MDB) İqtisadi Şurasının 67-ci iclası keçiriləcək.

    Gündəliyə MDB ölkələrinin iqtisadi sahədə qarşılıqlı əməkdaşlığına dair 20 məsələ daxildir. Məsələn, İqtisadi İnkişaf Strategiyasının üçüncü mərhələsinin (2016-2020-ci illər) həyata keçirilməsi üzrə Tədbirlər Planının, regionlararası əməkdaşlıq haqqında Konvensiyanın, MDB dövlətlərində beynəlxalq elektrik rabitəsi xidmətlərinin göstərilməsi zamanı qarşılıqlı operatorlararası hesablaşmaların həyata keçirilməsi şərtləri haqqında Sazişin layihələri müzakirə mövzusu olacaq.

    İclas iştirakçıları azad ticarət zonası haqqında Müqavilənin icrasının gedişatı, malların mənşəyi olan ölkənin müəyyən edilməsi qaydaları barəsində Sazişə dəyişiklik və əlavələrin edilməsi, habelə Böyük Vətən müharibəsi iştirakçıları və əlilləri, başqa dövlətlərin ərazilərində döyüş əməliyyatlarının iştirakçıları, həlak olan hərbi qulluqçuların ailələri, lokal münaqişələrin veteranları və onların ailə üzvləri üçün imtiyaz və təminatların qarşılıqlı surətdə tanınması barəsində Sazişə dəyişiklik və əlavələrin edilməsi haqqında protokolların layihələri barədə informasiya dinləyəcəklər.

    İqtisadi Şuranın üzvlərinə MDB-nin Elektroenergetika Şurasının, Vergi Xidmətləri Rəhbərlərinin Əlaqələndirmə Şurasının, inşaat fəaliyyəti sahəsində əməkdaşlıq üzrə Hökumətlərarası Şuranın, habelə Qiymətli Kağızlar Bazarlarının Tənzimləyici Dövlət Orqanları Rəhbərləri Şurasının fəaliyyəti barədə hesabatlar təqdim olunacaq.

    İclasda “MEİ” Milli Tədqiqat Universitetinə elektroenergetika sahəsində kadrların hazırlığı, təkrar peşə hazırlığı və ixtisasartırılma üzrə baza təşkilatı statusunun verilməsi, habelə İ.M.Qubkin adına Rusiya Dövlət Neft və Qaz Universiteti bazasında Beynəlxalq tədris mərkəzinin yaradılması haqqında məsələlər nəzərdən keçiriləcək.

    İclas iştirakçıları bir sıra büdcə-maliyyə və təşkilati məsələləri də müzakirə edəcəklər.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi