Yuxarı
    Bağlamaq

    ​MDB İqtisadi Şurasının iclası keçiriləcək

    Yığıncaqda birliyin iqtisadi inkişaf strategiyası ilə bağlı bir sıra layihələr müzakirə olunacaq

    Bakı. 17 avqust. REPORT.AZ/ Bu il sentyabrın 11-də Moskvada MDB-nin İqtisadi Şurasının 67-ci toplantısı keçiriləcək.

    "Report" MDB-nin saytına istinadən xəbər verir ki, toplantıda birliyin 2020-ci ilədək iqtisadi inkişaf strategiyası ilə bağlı tədbirlər planının üçüncü mərhələsinin (2016-2020-ci illər) layihələri müzakirə ediləcək.

    İclasda MDB-nin maliyyə-büdcəsi, təşkilati və başqa məsələlərin müzakirə olunacağı gözlənilir. 

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi