MDB İcraiyyə Komitəsinin rəhbəri: "Dondurulmuş münaqişələr"in həlli üçün vahid resept yoxdur"

MDB İcraiyyə Komitəsinin rəhbəri: "Dondurulmuş münaqişələr"in həlli üçün vahid resept yoxdur" Bakı. 26 aprel. REPORT.AZ/ Münaqişələrin həllinə bəzi hallarda regional, bəzən də qeyri-regional oyunçular cəlb edilir. Ancaq MDB-nin kollektiv strukturları təşkilat məkanında olan münaqişələrin həllində hələ iştirak etmir.
Region
26 Aprel , 2018 11:23
MDB İcraiyyə Komitəsinin rəhbəri: Dondurulmuş münaqişələrin həlli üçün vahid resept yoxdur

Bakı. 26 aprel. REPORT.AZ/ "Münaqişələrin həllinə bəzi hallarda regional, bəzən də qeyri-regional oyunçular cəlb edilir. Ancaq MDB-nin kollektiv strukturları təşkilat məkanında olan münaqişələrin həllində hələ iştirak etmir".

"Report" xəbər verir ki, bunu "İzvestiya"ya müsahibəsində MDB İcraiyyə Komitəsinin rəhbəri Sergey Lebedev deyib.

"Dondurulmuş münaqişələr" ilə bağlı belə deyə bilərəm: ən pis sülh ən yaxşı müharibədən yaxşıdır. MDB məkanında belə münaqişələrin həlli üzrə axtarışları müxtəlif formatlarda maraqlı tərəflər aparır. Bu məsələdə vahid resept yoxdur", - S.Lebedev bildirib.

Onun sözlərinə görə, münaqişə tərəfləri arasında qarşılıqlı anlaşma əldə edilməsi üçün vaxt tələb olunur və bu, elə də asan deyil.

Son xəbərlər

Orphus sistemi