Yuxarı

​MDB Hökumət Başçıları Şurasının sammitində 22 məsələyə baxılacaq, 7 sənəd imzalanacaq

Azərbaycan iclasda baş nazirin birinci müavini səviyyəsində təmsil olunacaq

Bakı. 6 iyun. REPORT.AZ/ 6-7 iyun tarixlərində Qırğızıstanın paytaxtı Bişkekdə keçiriləcək MDB Hökumət Başçıları Şurasının sammitində 22 məsələyə baxılacaq, 7 sənəd imzalanacaq.

"Report" xəbərinə görə, bu barədə "Azattık"a Qırğızıstan Xarici İşlər Nazirliyinin nümayəndəsi Ayımkan Kulukeyeva məlumat verib.

Onun sözlərinə görə, elektroenergetika obyektlərində baş verən qəzalar barədə informasiya mübadiləsi, təhsil sahəsində əməkdaşlıq, radioaktiv mənbələrin köçürülməsi məsələləri üzrə qarşılıqlı informasiya mübadiləsi məsələləri müzakirə olunacaq.

Kulukeyeva əlavə edib ki, imzalanması planlaşdırılan sənədlər arasında aqrobiomüxtəlifliyin qorunub saxlanması haqqında Konvensiya, dövlət satınalmalarının tənzimlənməsi qaydaları və prosedurları haqqında protokol da var.

O bildirib ki, Azərbaycanın iclasda baş nazirin birinci müavini səviyyəsində təmsil olunacağı gözlənilir.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi