Yuxarı

MDB-də kibercinayətkarlıq üzrə birgə mübarizə proqramı hazırlanır

Rusiya DİN təşkilat ölkələrinin Daxili İşlər Nazirlikləri ilə birgə işçi qrup yaradacaq

Bakı. 5 sentyabr. REPORT.AZ/ Müstəqil Dövlətlər Birliyinin (MDB) iştirakçı ölkələrinin DİN Şurası Rusiya DİN-ə informasiya texnologiyalarından istifadə etməklə törədilən cinayətlərlə mübarizə üzrə əməkdaşlıq proqramını hazırlamağı tapşırıb. Bu barədə Report RİA Novosti-yə istinadən xəbər verir. 

Tapşırığa əsasən, Rusiya DİN MDB-nin üzv dövlətlərinin Daxili İşlər nazirlikləri ilə birgə işçi qrup yaradacaq. Həmin qrup kibercinayətkarlıqla mübarizədə MDB ölkələrinin əməkdaşlıq proqramı layihəsinin hazırlanması ilə məşğul olacaq. Sənəd layihəsi MDB Daxili İşlər nazirlikləri Şurasının növbəti iclasında müzakirə olunacaq. 

MDB-nin tərkibinə keçmiş Sovet İttifaqının 10 ölkəsi, o cümlədən Azərbaycan da daxildir. 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi