Yuxarı
    Bağlamaq

    MDB ölkələrinin Dövlətlərarası Ekoloji Şurası ilk iclasını keçirəcək

    İclas zamanı ekologiya və ətraf mühitin mühafizəsi üzrə MDB dövlətlərarası razılaşmaların icrası təhlil olunacaq

    Bakı. 3 oktyabr. REPORT.AZ/ Oktyabr ayının 6-da Minsk şəhərində Müstəqil Dövlətlər Birliyinə ()MDB) üzv ölkələrin Dövlətlərarası Ekoloji Şurasının iclası keçiriləcək. "Report"  MDB İcraiyyə Komitəsinə istinadən xəbər verir ki, görüş Şuranın 2013-cü il may ayında yaranmasından sonra ilk iclası olacaq. Görüş zamanı Dövlətlərarası Ekoloji Şuranın sədri və həmsədrlərinin seçilməsi, eləcə də ekologiya və ətraf mühitin mühafizəsi üzrə MDB dövlətlərarası razılaşmaların icrasının təhlil olunması, gələcək əməkdaşlıq perspektivlərinin və 2015-2016-cı illər üçün Şuranın iş planının müzakirə olunması nəzərdə tutulub.
    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi