Yuxarı
    Bağlamaq

    MBD dövlət rəhbərlərinin sammiti oktyabrın 10-da Minskdə keçiriləcək

    Təhlükələrə qarşı mübarizə sahəsində MDB ölkələrinin beynəlxalq əməkdaşlıq məsələləri müzakirə olunacaq

    Bakı. 26 sentyabr. REPORT.AZ/ MBD dövlət rəhbərlərinin sammiti oktyabr ayının 10-da Mİnskdə keçiriləcək.

    "Report" "RİA-Novosti"yə istinadən xəbər verir ki, bu barədə RF Təhlükəsizlik Şurasının katibi Nikolay Patruşov bildirib.

    Onun sözlərinə görə, Minskdə keçiriləcək MDB sammitində təhlükəsizliyin təmin olunması, yeni təhlükələrə, o cümlədən "İslam dövləti" radikal qruplaşması tərəfindən gələn təhlükələrə qarşı mübarizə sahəsində MDB ölkələrinin beynəlxalq əməkdaşlıq məsələləri müzakirə olunacaq.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi