Mart ayında Tbilisi hava limanında gündüz reysləri dayandırılacaq

Mart ayında Tbilisi hava limanında gündüz reysləri dayandırılacaq Aeroportdan bütün uçuşlar gecə həyata keçiriləcək
Region
8 Fevral , 2016 11:40
Mart ayında Tbilisi hava limanında gündüz reysləri dayandırılacaq

Bakı. 8 fevral. REPORT.AZ/ 1-27 mart 2016-cı il tarixlərində Tbilisi Beynəlxalq Hava Limanında bütün gündüz reysləri dayandırılacaq. "Report" Gürcüstan KİV-inə istinadən xəbər verir ki, uçuşların dayandırılmasına səbəb kimi təmir işləri göstərilib.

Tbilisi beynəlxalq hava limanını idarə edən "TAV Georgia"dan bildirilib ki, təmir işləri uçuş-enmə zolağında aparıldığından, gündüz vaxtı heç bir reys olmayacaq. Gürcüstanın əsas "hava qapısı"ndan bütün uçuşlar gecə həyata keçiriləcək.

Təmir işləri bir neçə mərhələdə olacaq. Buna görə də aprel və may aylarında da gündüz uçuşları müəyyən müddətə dayandırılacaq.

Bununla yanaşı, Tbilisi Beynəlxalq Hava Limanından reys həyata keçirən aviaşirkətlərin bu müddətdə hansı qərar qəbul edəcəyi məlum deyil. Belə ki, aviaşirkətlər reyslərini gecə saatlarına salmalı və ya ümumiyyətlə, onları ləğv etmək barədə özləri qərar qəbul etməlidir.

Son xəbərlər

Orphus sistemi