Marqvelaşvili: "Gürcüstanın sülhməramlı missiyalarda iştirakı ölkəni daha sabit edir"

Marqvelaşvili: "Gürcüstanın sülhməramlı missiyalarda iştirakı ölkəni daha sabit edir" Gürcüstan prezidenti: "Qlobal və regional təhlükəsizlik məsələsi bu gün dünyanın ən aktual mövzusudur"
Region
16 Mart , 2017 12:54
Marqvelaşvili: Gürcüstanın sülhməramlı missiyalarda iştirakı ölkəni daha sabit edir
Report.az

Bakı. 16 mart. REPORT.AZ/ "Qlobal və regional təhlükəsizlik məsələsi bu gün dünyanın ən aktual mövzusudur".

"Report" xəbər verir ki, bunu Gürcüstan prezidenti Georgi Marqvelaşvili V Qlobal Bakı Forumunda deyib.

"Soyuq müharibə"nin sonu dünyaya sülh gətirdi, qloballaşma dövrünü başlatdı, ölkələri bir-birinə açıq vəziyyətə gətirdi, ölkələr arasında etimadın və dostluq münasibətlərinin qurulmasına imkanlar yaratdı", - deyə o bildirib.

Georgi Marqvelaşvilinin sözlərinə görə, Gürcüstan bu gün regional və dünya təhlükəsizliyinə böyük töhfə verir, o cümlədən bir sıra beynəlxalq sülhməramlı təşəbbüslərdə - Afrikada və Əfqanıstanda iştirak edir. "Məncə, bu, ölkəni daha sabit edir", - o əlavə edib.

Prezident qloballaşma prosesinin birbaşa sabit gələcək istəyən dünya ölkələrinin təhlükəsizliyi ilə bağlı olduğunu vurğulayıb. "Sabit gələcəyimizi təmin etmək üçün beynəlxalq hüquq və prinsiplərə inanmalı və onları qəbul etməliyik", - Gürcüstan dövlət başçısı bildirib.

Son xəbərlər

Orphus sistemi