Marqelaşvili: Gürcüstan enerji resursları və malların tranziti üçün açıqdır

Marqelaşvili: Gürcüstan enerji resursları və malların tranziti üçün açıqdır Prezident Azərbaycan, Gürcüstan və Türkiyənin birgə həyata keçirdikləri infrastruktur layihələrin əhəmiyyətini vurğulayıb
Region
4 Noyabr , 2014 14:39
Marqelaşvili: Gürcüstan enerji resursları və malların tranziti üçün açıqdır
Bakı. 4 noyabr . REPORT.AZ/ Gürcüstan enerji resursları və malların tranziti üçün açıqdır. "Report" "Novosti-Qruziya"ya istinadən xəbər verir ki, bu barədə Gürcüstan prezidenti Georgi Marqelaşvili bildirib.

"Gürcüstan öz siyasətindən irəli gələrək, dənizə çıxışı olmayan inkişafda olan ölkələrin məsələsi ilə sıx əlaqəda olmasına baxmayaraq, dənizə çıxışı olmayan ölkələr sırasına daxil deyil. Biz burada belə ölkələr üçün mühüm tranzit funksiyasını daşıyan dövlət kimi iştirak edirik. Avrasiyanın 14 inkişafda olan ölkələrdən 8-i - məhz Əfqanıstan, Ermənistan, Azərbaycan, Qazaxıstan, Özbəkistan, Türkmənistan, Tacikistan və Qırğızıstan Gürcüstanın tranzit funksiyasından istifadə edir və bizim ölkəmiz vasitəsilə dənizə çıxışı əldə edirlər" - deyə, Marqelaşvili bildirib.

O qeyd edib ki, Gürcüstan və adları sadalanan ölkələr arasında azad ticarət rejimi mövcuddur.

Marqelaşvili Azərbaycan, Gürcüstan və Türkiyənin birgə həyata keçirdikləri infrastruktur layihələrin əhəmiyyətini də vurğulayıb.

Son xəbərlər

Orphus sistemi