Marneulidə “tütün əleyhinə mübarizə” devizi altında marafon yürüşü keçirilib

Marneulidə “tütün əleyhinə mübarizə” devizi altında marafon yürüşü keçirilib Tbilisi. 29 aprel. REPORT.AZ/ Gürcüstanda, azərbaycanlıların yığcam yaşadıqları Marneuli rayonunda “tütün əleyhinə mübarizə” devizi altında marafon yürüşü keçirilib.
Region
29 Aprel , 2018 15:38
Marneulidə “tütün əleyhinə mübarizə” devizi altında marafon yürüşü keçirilib
Report

Tbilisi. 29 aprel. REPORT.AZ/ Gürcüstanda, azərbaycanlıların yığcam yaşadıqları Marneuli rayonunda “tütün əleyhinə mübarizə” devizi altında marafon yürüşü keçirilib.

“Report”un Gürcüstan bürosu xəbər verir ki, ölkə parlamentinin deputatı Ruslan Hacıyevin təşəbbüsü ilə keçirilən tədbirdə gənc idmançılar, Marneulinin kənd bələdiyyəsinin üzvləri, rayonun rəhbər şəxsləri, eləcə də, kiçik yaşlı Aysu Qarabağlı da iştirak edib.

Ruslan Hacıyev çıxışında tütün əleyhinə marafonun cəmiyyətə, insan sağlamlığına müsbət təsiri haqqında danışıb. Onun sözlərinə görə, belə bir marafonun təşkili xüsusi əhəmiyyət kəsb edir. Tütün əleyhinə mübarizəyə əhalinin marağı artır və onların sağlam həyata münasibəti tam müsbət istiqamətdə dəyişir.

Tədbirdə Marneuli rayon bələdiyyəsinin rəhbəri Amiran Qiorqadze, rayon merinin birinci müavini Zaur Tabatadze və başqaları çıxış edərək insan sağlamlığına zərər vuran xarici amillərə, o cümlədən tütün əleyhinə mübarizə ilə əlaqədar marafonun təşkilini yüksək qiymətləndiriblər.

Sonra marafon yürüşünə start verilib.

Marafonda birinci yerə Laşa Şermanazaşvili çıxıb və o, kuboka layiq görülüb, digər idmançılar medallarla təltif olunublar.

Qaliblərə mükafatları Ruslan Hacıyev, Amiran Qiorqadze, onun müavini Mamuka Naveriani, Barışıq və Vətəndaş Məsələləri üzrə Dövlət nazirinin Kvemo Kartli bölgəsi üzrə müşaviri Ayaz Məmmədov, Marneuli merinin müavinləri Zaur Tabatadze və Laşa Lobjanidze təqdim ediblər.

Son xəbərlər

Orphus sistemi