Yuxarı

Marneulidə seçkilərlə bağlı şikayətlərin sayı 20-yə çatıb - VİDEO - YENİLƏNİB-9

Gürcüstan MSK: Seçkilərlə bağlı 24 şikayət daxil olub

Marneulidə seçkilərlə bağlı şikayətlərin sayı 20- yə çatıb.

"Report"un yerli bürosu xəbər verir ki, bu barədə Gürcüstan Mərkəzi Seçki Komissiyasının mətbuat katibi Ana Mikeladze bildirib.

Onun sözlərinə görə, dairə seçki komissiyalarına saat 17:00-a olan məlumata əsasən, ümumilikdə, 68 şikayət daxil olub: "Şikayətlərin 30-u Zuqdidi, 11-i Xulo, 5-i Zestafoni, 1-i Ozurgeti, digər 1-i isə Tbilisinin payına düşüb".

MSK rəsmisi qeyd edib ki, Marneuli rayonundan daxil olan şikayətlərin bəziləri təsdiqini tapmayıb.


***19:12

Saat 17:00-a olan məlumata əsasən, Marneulidə icra başçısı vəzifəsinə keçirilən seçkilərdə seçici fəallığı 27,2% təşkil edib.

“Report”un yerli bürosu xəbər verir ki, bunu Gürcüstan Mərkəzi Seçki Komissiyasından bildirilib.

Rayonda səsvermə hüququna malik 99 717 nəfərin 27 098-i səsvermdə iştirak edib.


***17:30

Gürcüstanda keçirilən növbədənkənar və aralıq seçkiləri ilə bağlı qeydə alınan şikayətlərin sayı 55-ə çatıb.

“Report”un yerli bürosu xəbər verir ki, bu barədə Gürcüstan Mərkəzi Seçki Komissiyasından bildirilib.

Şikayətlərin 26-sı Zuqdidi, 17-si isə Marneuli rayonunun payına düşüb.

Qanun pozuntuları ilə bağlı müraciətlərin böyük əksəriyyəti prosedur qaydalarla əlaqədardır.


***16:52

Marneuli rayon dairə seçki komissiyasında seçki pozuntuları ilə bağlı daxil olan şikayətlərin sayı 15-ə çatıb.

“Report”un yerli bürosu xəbər verir ki, bunu komissiyanın sədri Yakob Asanidze jurnalistlərə deyib.

O bildirib ki, şikayətlərin əksəriyyəti prosedur qaydaları ilə bağlıdır və onlar seçkinin nəticələrinə təsir etməyəcək.

Y.Asanidze rayonda seçkilərin dinc şəraitdə keçdiyini qeyd edib.


***15:43

Marneulidə icra başçısı vəzifəsinə keçirilən seçkilərdə seçici fəallığı 22,6%-ə çatıb.

“Report”un yerli bürosu xəbər verir ki, bu barədə Gürcüstan Mərkəzi Seçki Komissiyasından bildirilib.

Saat 15:00-a olan məlumata əsasən, rayonda seçicilərin 22 553 nəfəri səsvermə hüququndan istifadə edib.


***15:17

Video əlavə olunub


***14:06

Marneuli rayonunda icra başçısı seçkilərində saat 12:00-a olan seçici fəallığı 14% təşkil edib.

“Report”un yerli bürosu xəbər verir ki, bu barədə Gürcüstan Mərkəzi Seçki Komissiyasından bildirilib.

Bu vaxta qədər rayonda 13 957 seçici səs verib.


***14:01

Gürcüstanda bu gün keçirilən növbədənkənar və aralıq seçkilərində 24 şikayət qeydə alınıb.

“Report”un yerli bürosu xəbər verir ki, bunu Gürcüstan Mərkəzi Seçki Komissiyanın mətbuat katibi Ana Mikeladze brifinqdə deyib.

Onun sözlərinə görə, şikayətlərin 7-si Marneuli, 13-ü Zuqdidi, 1-i Zestafoni, 3-ü Xulo dairə seçki komissiyalarına daxil olub.

MSK rəsmisi qeyd edib ki, şikayətlərin böyük əksəriyyəti prosedur qaydaları ilə bağlıdır.


***13:10

Marneuli rayonunda icra başçısı seçkilərində qanun pozuntuları ilə bağlı dairə seçki komissiyasına 7 şikayət daxil olub.

“Report”un yerli bürosu xəbər verir ki, bu barədə komissiyanın sədri Yakob Asanidze jurnalistlərə bildirib.

Onun sözlərinə görə, şikayətlər əsasən kiçik insidentlər və prosedur qaydaları ilə bağlıdır.

Y.Asanidze seçkilərin sakit şəraitdə keçdiyini qeyd edib.


***11:21

Gürcüstanın Marneuli rayonunda icra başçısı seçkilərində seçici fəallığı 5,7% təşkil edib.

“Report”un yerli bürosu xəbər verir ki, bu barədə Gürcüstan Mərkəzi Seçki Komissiyası məlumat yayıb.

Saat 10:00-a olan məlumata əsasən, rayonda seçki hüququna malik olan 99 717 nəfərin 5 699-u səs verib.


***08:04

Gürcüstanda azərbaycanlıların yığcam yaşadıqları Marneuli rayonunun icra başçısı vəzifəsinə seçkilər üzrə səsvermə prosesinə start verilib.

“Report”un yerli bürosu xəbər verir ki, saat 08:00-dan etibarən rayonun 90 seçki məntəqəsi seçiciləri qəbul etməyə başlayıb.

Marneulidə seçki hüququna malik olan vətəndaşların sayı 99,7 min nəfərdən çoxdur.

Rayon rəhbəri postuna namizədlərin ümumi sayı 15 nəfərdir ki, onların da 4-ü azərbaycanlı, 11-i isə gürcüdür. Namizədlərin 14-ü siyasi partiya, 1-i isə təşəbbüs qrupu tərəfindən irəli sürülüb.

Azərbaycanlı namizədlər “Avropalı Gürcüstan” partiyasından Əhməd İmamquliyev, Vahid Milli Hərəkat Partiyasından Aqil Mustafayev, hakim Gürcü Arzusu Partiyasından Zaur Darğallı və gənclərdən ibarət təşəbbüs qrupundan Əli Bədirovdur. Seçkilərdə əsas mübarizənin məhz bu 4 namizəd arasında aparılacağı gözlənilir.

Bu gün qonşu ölkədə həmçinin Saqareco, Axmeta, Adigeni, Ozurqeti, Çiatura, Tkibuli, Tsxaltubo və Zestafoni rayonlarının yerli məşvərət orqanlarına deputatlar, Marneuli ilə yanaşı Zuqdidi, Çiatura, Xulo, Zestafoni rayonlarına da icra başçıları seçilir. Aralıq parlament seçkilərində isə Tbilisinin Mtatsminda rayonunun majoritar dairəsindən deputat seçilir.

Növbədənkənar və aralıq seçkiləri üçün ölkənin Mərkəzi Seçki Komissiyası tərəfindən, ümumilikdə, 370 300 bülleten çap olunub. Marneuli rayonunda yerləşən seçki məntəqələri gürcü dili ilə yanaşı Azərbaycan və erməni dillərində olan bülletenlərlə təmin olunub.

Seçkilər 402 091 seçicinin qeydiyyatda olduğu 410 seçki məntəqəsində keçirilir. Səsvermə prosesini 49 yerli təşkilatdan 6 139, 7 beynəlxalq təşkilatdan isə 47 nümayəndə müşahidə edir, 45 media qurumun 1 917 əməkdaşı işıqlandırır.

Seçkilərdə səsvermə prosesi saat 20:00-da başa çatacaq. 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Son xəbərlər



Orphus sistemi