Marneulidə güllə yarası almış Ceyhun Çoydarov xəstəxana palatasına köçürülüb

Marneulidə güllə yarası almış Ceyhun Çoydarov xəstəxana palatasına köçürülüb Digər yaralı Vüqar Bayramovun da vəziyyəti yaxşıdır
Region
28 Oktyabr , 2017 13:18
Marneulidə güllə yarası almış Ceyhun Çoydarov xəstəxana palatasına köçürülüb
Report

Tbilisi. 28 oktyabr. REPORT.AZ/ Gürcüstanın Marneuli rayonunun Qızılhacılı kəndində odlu silahdan açılmış atəş nəticəsində yaralanmış Ceyhun Çoydarov bu gün, oktyabrın 28-də palataya köçürülüb.

Bu barədə “Report”un Gürcüstan bürosuna yaralının yaxın dostu Ayaz Məmmədov məlumat verib.

A.Məmmədov deyib ki, həkimlər C.Çovdarovu müayinə etdikdən sonra onu bu gün palataya köçürüblər: “Ceyhun Çovdarov özünü tam yaxşı hiss edir. Bu gün o dostları ilə deyib gülür, zarafatlaşır. İnanırıq ki, yaxın günlərdə Ceyhun bələdiyyə məclisinin üzvü kimi fəaliyyətə başlayacaq”.

A.Məmmədov onu da bildirib ki, digər yaralı Vüqar Bayramovun da vəziyyəti yaxşıdır. O da yaxın günlərdə evə buraxılacaq.

Qeyd edək ki, oktyabrın 19-da naməlum şəxslər Marneuli rayonunun Qızılhacılı kəndində deputatlığa namizəd Ceyhun Çoydarovu və daha bir neçə adamı odlu silahdan atəş açmaqla yaralayıblar.

C.Çoydarov “Gürcü arzusu-demokratik Gürcüstan” partiyasından yerli özünü idarəetmə orqanına seçkilərdə bələdiyyə məclisinə namizəd olaraq irəli sürülmüşdü. O, oktyabrın 21-də yüksək səs çoxluğu ilə bələdiyyə deputatı seçilib.

Son xəbərlər

Orphus sistemi