Yuxarı

Marneuli və Bolnisidə 140 min nəfər tibbi yoxlamadan keçirilib

​Marneuli və Bolnisidə 140 min nəfər tibbi yoxlamadan keçirilib

“Marneuli və Bolnisidə ümumilikdə 140 min nəfərin termoskriniq metodu ilə hərarəti ölçülüb”.

“Report”un yerli bürosu xəbər verir ki, bu barədə Gürcüstanın Xəstəliklərə Nəzarət və İctimai Sağlamlıq Milli Mərkəzinin rəhbəri Amiran Qamkrelidze bildirib.

Onun sözlərinə görə, 80-ə yaxın şəxsdə yüksək temperatur qeydə alınıb: “Onların təxminən 30 nəfəri Marneulidəki hərarət ölçmə mərkəzinə çatdırılıb”.

Mərkəz rəhbəri hər iki rayonda koronavirusun yayılmasının qarşısının alınması məqsədilə ciddi tədbirlərin görüldüyünü deyib.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Tərəfdaşların xəbərləri


Xəbər lenti

Son xəbərlər



Orphus sistemi