Yuxarı

Marneuli və Bolnisidə 100 mindən çox şəxs tibbi yoxlamadan keçirilib

​Marneuli və Bolnisidə 100 mindən çox şəxs tibbi yoxlamadan keçirilib

495

“Marneuli və Bolnisidə mobil qruplar sakinlərin temperaturunu ölçməkdə davam edirlər”.

“Report”un Gürcüstan bürosu xəbər verir ki, bu barədə Kvemo Kartli qubernatoru Şota Rexviaşvili bildirib.

O deyib ki, bu gün Marneulidə 8 994, Bolnisidə isə 6 393 nəfər tibbi yoxlamadan keçirilib: “Hər iki bələdiyyədə ümumilikdə 106 755 nəfərin termoskrininq metodu ilə hərarəti ölçülüb”.

Qubernator yüksək hərarətin qeydə alındığı şəxslərin tibbi nəzarətə alındığını söyləyib.

Bölgə rəhbəri qeyd edib ki, sərt məhdudiyyətlər artıq nəticə verir və bu gün Marneuli və Bolnisidə açıq havada insanların seyrəkliyi kəskin nəzərə çarpıb.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Tərəfdaşların xəbərləri


Xəbər lenti

Son xəbərlər



Orphus sistemi