Yuxarı
    Bağlamaq

    Marneuli rayonunda Qurban bayramı qeyd olunub - FOTO

    İmkansızlara, ehtiyacı olanlara və kimsəsizlərə bayram sovqatı paylanılıb

    Tbilisi. 12 sentyabr. REPORT.AZ/ Müqəddəs Qurban bayramı Gürcüstanda, azərbaycanlıların yığcam yaşadıqları Marneuli rayonunda da geniş qeyd olunub. 

    “Report”-un Gürcüstan bürosu xəbər verir ki, şəhərin küçələri Qurban bayramının məziyyətlərini əks etdirən banerlələr bəzədilib.

    Sentyabrın 12-də Marneuli Bələdiyyəsinin və icra Hakimiyyətinin rəhbər şəxsləri rayonun müxtəlif kənd ərazi vahidliklərinə baş çəkib, Qurban bayramı münasibəti ilə sakinləri təbrik edib, imkansızlara, ehtiyacı olanlara və kimsəsizlərə bayram sovqatı paylayıblar.

    Bələdyyə sədri Nəbi Abdullayev və icra başçısı Merab Topçişvili Marneuli şəhərində və kəndlərdə əhali ilə görüşüb, onların problemləri ilə maraqlanıb.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi