Yuxarı

Mariya Zaxarova: "Suriya böhranı üzrə Ankara-Moskva danışıqları konstruktiv şəkildə aparılır"

Türkiyə və Rusiya arasında mövcud olan fərqli baxışlar bir gündə həll edilə bilməz

Bakı. 18 avqust. REPORT.AZ/ "Rusiya Suriya məsələsi ilə əlaqədar bütün detalları Türkiyə tərəfi ilə müzakirə edir".

"Report" xəbər verir ki, bu sözləri Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova cümə axşamı keçirdiyi brifinqdə deyib.

"Suriya məsələsində Türkiyə tərəfi ilə ətraflı işləməyə başlamışıq. Görülən işləri konstruktiv, müsbətə doğru atılmış addımlar kimi dəyərləndiririk", - deyə M.Zaxarova bildirib.

Onun sözlərinə görə, Türkiyə və Rusiya arasında mövcud olan fərqli baxışlar bir gündə həll edilə bilməz.

"Amma baxışlar arasındakı fərqlərin aradan qaldırılması üzərində işlər görülür və biz bunu konstruktiv qiymətləndiririk. Bu işlər müxtəlif səviyyələrdə, formatlarda davam etdiriləcək", - deyə XİN-in sözçüsü vurğulayıb.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi