Türkiyənin sabiq prezidenti Abdullah Gülün mühafizəçisi Mardindəki terrorda ölüb

Türkiyənin sabiq prezidenti Abdullah Gülün mühafizəçisi Mardindəki terrorda ölüb Onun 6 aylıq hamilə olduğu da müəyyənləşib
Region
8 İyun , 2016 20:00
Türkiyənin sabiq prezidenti Abdullah Gülün mühafizəçisi Mardindəki terrorda ölüb

Bakı. 8 iyun. REPORT.AZ/ Mardin vilayətinin Midyat rayonunda törədilmiş terror aktı zamanı ölən qadın polis əməkdaşlarından biri vaxtilə Türkiyənin sabiq prezidenti Abdullah Gülün mühafizəçisi olub. 

"Report" Türkiyə KİV-inə istinadən xəbər verir ki, Şerife Özden Kalmış xüsusilə Türkiyənin 11-ci prezidenti Abdullah Gülün həyat yoldaşı Hayrunnisa Gülü qoruyub. 

Hadisədən sonra Midyat Dövlət Xəstəxanasına qaldırılsa da, onun həyatını xilas etmək mümkün olmayıb. 

Şerife Özden kalmışın 6 aylıq hamilə olduğu da müəyyənləşib. 

Qeyd edək ki, bu gün Türkiyənin Mardin vilayətində Midyat Rayon Polis İdarəsinə yönəlik terror hücumu nəticəsində 5 nəfər həlak olub, 51 nəfər yaralanıb. 

Son xəbərlər

Orphus sistemi