Maqnitoqorskda dağıntılara baxış zamanı partlayıcı izləri tapılmayıb

Maqnitoqorskda dağıntılara baxış zamanı partlayıcı izləri tapılmayıb Müstəntiq-kriminalistlər və ekspertlər tərəfindən binanın girişinin çökdüyü yerdə aparılan yoxlama başa çatıb
Region
4 Yanvar , 2019 16:52
Maqnitoqorskda dağıntılara baxış zamanı partlayıcı izləri tapılmayıb

Bakı. 4 yanvar. REPORT.AZ/ Müstəntiq-kriminalistlər və ekspertlər tərəfindən Rusiyanın Maqnitoqorsk şəhərində binanın girişinin çökdüyü yerdə aparılan yoxlama başa çatıb.

"Report" xəbər verir ki, bu barədə TASS-a Rusiya İstintaq Komitəsinin rəsmi nümayəndəsi Svetlana Petrenko bildirib.

Onun sözlərinə görə, baxış zamanı heç bir partlayıcı maddə və onun komponentlərinin izlərinə rast gəlinməyib.

Qeyd edək ki, Maqnitoqorskda çoxmərtəbəli binanın girişində qaz partlayışı dekabrın 31-i səhər saatlarında baş verib. Çökmə zonasında 120 nəfər yaşayıb, dağıntılar altından 39 meyit çıxarılıb.

Dünən Rusiya FHN hadisə yerindəki işlər tamamlayıb.

Son xəbərlər

Orphus sistemi