Malayziya FETÖ-nün üç üzvünü Türkiyəyə təhvil verib

Malayziya FETÖ-nün üç üzvünü Türkiyəyə təhvil verib Mövlud Çavuşoğlu Malayziyanın baş naziri ilə görüşdə bu razılaşmanın əldə olunduğunu bildirib
Region
14 Oktyabr , 2016 18:16
Malayziya FETÖ-nün üç üzvünü Türkiyəyə təhvil verib

Bakı. 14 oktyabr. REPORT.AZ/ "Malayziya Fətullahçı Terror Təşkilatının (FETÖ) üç üzvünü Türkiyəyə təhvil verib". 

"Report"un "Anadolu" agentliyinə istinadən verdiyi məlumata görə, bunu Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu bildirib. 

Onun sözlərinə görə, ötən həftə Malayziyanın baş naziri ilə Tailandın paytaxtı Banqkok şəhərində keçirilmiş Asiya Əməkdaşlıq Dialoq Assambleyasının toplantısı çərçivəsində görüşü olub: "Mənə 3 nəfəri təhvil verəcəklərini bildirdilər. Bununla bağlı prezidentimizə, baş nazirimizə məlumat verdim. Qarşılıqlı təmaslardan sonra oktyabrın 13-də FETÖ üzvlərini Türkiyəyə təhvil verdilər. Banqkokdakı tədbirə də onlardan biri sızmışdı, müdaxiləmizdən sonra bayıra çıxartdılar". 

Son xəbərlər

Orphus sistemi