Mahmud Əhmədinejad yenidən İran prezidentliyinə namizədliyini irəli sürüb

Mahmud Əhmədinejad yenidən İran prezidentliyinə namizədliyini irəli sürüb İranda növbəti prezident seçkisi bu il mayın 19-da keçirilməsi planlaşdırılıb
Region
12 Aprel , 2017 12:11
Mahmud Əhmədinejad yenidən İran prezidentliyinə namizədliyini irəli sürüb

Bakı. 12 aprel. REPORT.AZ/ Mahmud Əhmədinejad İran prezidentliyinə namizədliyini irəli sürdüyünü rəsmi olaraq açıqlayıb.

“Report” "Təsnim" agentliyinə istinadən xəbər verir ki, o, bir müddət əvvəl hakimiyyəti dövründə vitse-prezident işləmiş Həmid Bəqayinin namizədliyini dəstəklədiyini bildirmişdi.

Xatırladaq ki, M.Əhmədinejad 2005-2013-cü illərdə İran prezidenti olub. 

Qeyd edək ki, İranda növbəti prezident seçkisinin bu il mayın 19-da keçirilməsi planlaşdırılıb. 

Son xəbərlər

Orphus sistemi