​Mahaçqalanın Lenin rayonunda 3 silahlı öldürülüb

​Mahaçqalanın Lenin rayonunda 3 silahlı öldürülüb Avqustun 17-də Yeni Xuşetdə yerli sahə müvəkkili qətlə yetirilib
Region
24 Avqust , 2015 09:53
​Mahaçqalanın Lenin rayonunda 3 silahlı öldürülüb

Bakı. 24 avqust. REPORT.AZ/ Mahaçqalanın Lenin rayonunun Yeni Xuşet qəsəbəsində silahlı qarşıdurma nəticəsində 3 silahlı öldürülüb.

"Report" Rusiya KİV-inə istinadən xəbər verir ki, bu haqda yerli güc strukturları məlumat yayıb.

Polis dəmiryol keçidinin yaxınlığında avtomobili saxlamağa cəhd göstərib, bu zaman maşındakı sərnişinlər onlara atəş açıb. Atışma nəticəsində 3 silahlı öldürülüb. Qarşıdurma nəticəsində Xüsusi Təyinatlı Polis Dəstəsinin (XTPD) bir əsgəri də yaralanıb.

Qeyd edək ki, avqustun 17-də Yeni Xuşetdə yerli sahə müvəkkili qətlə yetirilib, avqustun 21-də sui-qəsd nəticəsində XTPD-nin bir döyüşçüsü yaralanıb, onun iki qohumu, o cümlədən 15 yaşlı oğlan həlak olub. 

Son xəbərlər

Orphus sistemi