Mahaçqalanın merinə qarşı ittiham irəli sürülüb

Mahaçqalanın merinə qarşı ittiham irəli sürülüb Bakı. 25 yanvar. REPORT.AZ/ Mahaçqalanın meri Musa Musayevə qarşı vəzifə səlahiyyətlərini aşmaqla bağlı ittiham irəli sürülüb.
Region
25 Yanvar , 2018 12:32
Mahaçqalanın merinə qarşı ittiham irəli sürülüb
NewsTeam

Bakı. 25 yanvar. REPORT.AZ/ Mahaçqalanın meri Musa Musayevə qarşı vəzifə səlahiyyətlərini aşmaqla bağlı ittiham irəli sürülüb.

"Report" xəbər verir ki, bu barədə Rusiya İstintaq Komitəsinin saytında məlumat verilib.

İstintaqın məlumatına görə, onun hərəkətləri nəticəsində Dağıstan Respublikası, təqribən, 80 milyon rubl (təxminən 1 mln. 425 min ABŞ dolları) məbləğində ziyan çəkib.

Qeyd edilib ki, iş üzrə M.Musayevin tabeliyində olan şəxslərin, eləcə də meriyanın torpaq sahəsinin verilməsi ilə bağlı sənədlərin hazırlanması ilə məşğul olan səlahiyyətli nümayəndələrinin mülklərində axtarışlar aparılıb.

Daha əvvəl məhkəmənin qərarı ilə Musa Musayevin 10 gün müddətinə həbs olunduğu bildirilib.

Son xəbərlər

Orphus sistemi