Yuxarı

​Mahaçqalanın keçmiş icra başçısı ömürlük azadlıqdan məhrum edilib

O, terrorçuluğu dəstəkləmək maddəsi ilə mühakimə olunub

Bakı. 27 avqust. REPORT.AZ/ Rostov-Dondakı məhkəmənin qərarı ilə Mahaçqalanın keçmiş icra başçısı Səid Əmirov ömürlük azadlıqdan məhrum edilib.

"Report" TASS-a istinadən xəbər verir ki, o, terrorçuluğu dəstəkləmək maddəsi ilə mühakimə olunub.

Xatırladaq ki, Səid Əmirov irəli sürülən ittihamları rədd edərək onların saxta olduğunu bildirmişdi. Onunla birlikdə onun bacısı və qardaşı uşaqları Yusup Caparov, Murad Əliyev, Əhmədov qardaşları, Məhəmməd Kadiyev və Zubari Mutayev mühakimə olunurdu. Qohumlar Mahaçqalanın Kaspiy rayonundakı ticarət-əyləncə mərkəzində Sovet rayonundan olan Arsen Hacıbekovun qətlinin təşkilində ittiham olunurdular.

Məhkəmə onları 9 ildən 22 ilədək azadlıqdan məhrum edib. 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi