Mahaçqalada yaraqlılara yardım etməkdə şübhəli bilinən adam polislərə atəş açıb

Mahaçqalada yaraqlılara yardım etməkdə şübhəli bilinən adam polislərə atəş açıb Güc strukturları əldə edilən əməliyyat informasiyası əsasında Mahaçqalanın Reduktor qəsəbəsində "Qazel" markalı maşını saxlamaq istəyib
Region
24 Dekabr , 2015 12:07
Mahaçqalada yaraqlılara yardım etməkdə şübhəli bilinən adam polislərə atəş açıb

Bakı. 24 dekabr. REPORT.AZ/ Mahaçqalada polisə atəş açan silahlı şəxs öldürülüb.

"Report" TASS-a istinadən xəbər verir ki, güc strukturları əldə edilən əməliyyat informasiyası əsasında şəhərin Reduktor qəsəbəsində "Qazel" markalı maşını saxlamaq istəyib. Amma sürücü atəş açaraq hadisə yerindən qaçmağa çalışıb. Bununla belə, cavab atəşi ilə onu zərərsizləşdirmək mümkün olub.

İlkin məlumatlara görə, öldürülən şəxs yaraqlılara yardım edir, onların sıralarına qoşulmaq üçün adam toplayırmış.

Hadisə yeri polis tərəfindən nəzarətə alınıb, ərazidə müstəntiqlər çalışır.

Son xəbərlər

Orphus sistemi