Mahaçqalada Qafqazda terror aktları hazırlayan 5 İŞİD tərəfdarı saxlanılıb

Mahaçqalada Qafqazda terror aktları hazırlayan 5 İŞİD tərəfdarı saxlanılıb Bakı. 6 mart. REPORT.AZ/ Dağıstanın paytaxtı Mahaçqala şəhərində Suriyada döyüşlərdə iştirak etmək üçün dağıstanlıları toplayan İŞİD terror qruplaşmasının beş tərəfdarı saxlanılıb.
Region
6 Mart , 2018 15:33
Mahaçqalada Qafqazda terror aktları hazırlayan 5 İŞİD tərəfdarı saxlanılıb

Bakı. 6 mart. REPORT.AZ/ Dağıstanın paytaxtı Mahaçqala şəhərində Suriyada döyüşlərdə iştirak etmək üçün dağıstanlıları toplayan İŞİD terror qruplaşmasının beş tərəfdarı saxlanılıb.

"Report" "RİA Novosti"yə istinadən xəbər verir ki, əməliyyat zamanı azı dörd Rusiya vətəndaşının ölkədən çıxaraq İŞİD düşərgələrində təxribat-terror hazırlığı üzrə təlim keçməsinə yardımçı olan terror yuvasının təşkilatçısı və onun dörd tərəfdaşı ələ keçirilib.

Federal Təhlükəsizlik Xidmətinin məlumatında deyilir ki, bununla yanaşı, İŞİD tərəfdarlarının Şimali Qafqaz Federal Dairəsində terror aktları törətmək məqsədilə qeyri-qanuni yolla əldə etdiyi çox sayda partlayıcı maddə, odlu silah və döyüş sursatı ələ keçirilib.

Faktla bağlı "Terror fəaliyyətinə yardım" maddəsi ilə cinayət işi açılıb, ekspertizadan sonra buraya "Qanunsuz şəkildə silah və partlayıcı maddələrin saxlanması" maddəsi də əlavə edilə bilər.

Son xəbərlər

Orphus sistemi