Mahaçqalada partlayış olub, 3 nəfər ölüb, 3 nəfər xəsarət alıb - YENİLƏNİB-2

Mahaçqalada partlayış olub, 3 nəfər ölüb, 3 nəfər xəsarət alıb - YENİLƏNİB-2 Mahaçqalada tankerin partlaması nəticəsində 3 nəfər ölüb, 3 nəfər yanıq xəsarətləri alıb.
Region
11 İyun , 2019 11:03
Mahaçqalada partlayış olub, 3 nəfər ölüb, 3 nəfər xəsarət alıb - YENİLƏNİB-2

Mahaçqalada tankerin partlaması nəticəsində 3 nəfər ölüb, 3 nəfər yanıq xəsarətləri alıb. 

“Report” TASS-a istinadən xəbər verir ki, tankerin göyərtəsində ümumilikdə 12 nəfər olub. Yaralılar xəstəxanaya yerləşdirilib. Həkimlər xəsarət alanlardan birinin vəziyyətini çox ağır kimi qiymətləndirirlər. Onun bədəninin 95 faizi yanıb.

Hadisə ilə bağlı araşdırma aparılır. 


*** 10:15

Mahaçqalada tankerdə baş verən partlayış nəticəsində itkin düşmüş sayılan 3 nəfərdən 2-nin meyiti tapılıb. 

“Report” RİA "Novosti”yə istinadən xəbər verir ki, bunu Rusiya Dəniz-Çay Donanmasından bildiriblər. 

İtkin düşən 1 nəfərin axtarışları davam edir. 


*** 09:45

Dağıstanın Mahaçqala şəhərində yerləşən dəniz ticarəti limanında tankerdə baş verən partlayış nəticəsində 2 nəfər xəsarət alıb, 3 nəfər itkin düşüb.

“Report” RİA "Novosti”yə istinadən xəbər verir ki, məlumatı Rusiya Fövqəladə Hallar Nazirliyinin regional idarəsi yayıb.

Partlayışa səbəb kimi neft məhsullarının ötürülməsi zamanı yaranmış qaz qapanması göstərilir.

Partlayış nəticəsində xəsarət alan 5 nəfərdən 2-si xəstəxanaya yerləşdirilib, 3-nün axtarışları davam edir.

Hadisənin səbəbi araşdırılır. 

Son xəbərlər

Orphus sistemi