Mahaçqala limanında İran tankerində yanğın baş verib

Mahaçqala limanında İran tankerində yanğın baş verib Mahaçqala dəniz limanında İran bayrağı altında üzən “Qəsrə-1” tankerində baş verən yanğın söndürülüb, heç kim xəsarət almayıb.
Region
15 Yanvar , 2020 11:42
Mahaçqala limanında İran tankerində yanğın baş verib

Mahaçqala dəniz limanında İran bayrağı altında üzən “Qəsrə-1” tankerində baş verən yanğın söndürülüb, heç kim xəsarət almayıb.

“Report” “İnterfaks”a istinadən xəbər verir ki, bu barədə Dağıstan Respublikasının Fövqəladə Hallar Nazirliyindən məlumat verilib.

Məlumata görə, yanğının mənbəyi kapitanın kabinəsində olub, açıq yanğın olmayıb, amma tüstülənmə baş verib.

Hazırda yanğının hansı səbəbdən baş verdiyi müəyyənləşdirilir.

Son xəbərlər

Orphus sistemi