Bakı. 27 aprel. REPORT.AZ/ Macarıstan prezidenti Yanoş Ader faşizm üzərində qələbənin 70 illiyi münasibətilə mayın 9-da Moskvada keçiriləcək tədbirə qatılmaycaq. "Report" xəbər verir ki, bu haqda "RİA Novosti" məlumat yayıb.
Xəbərdə qeyd olunub ki, Moskvada keçiriləcək tədbirdə Macarıstanı Rusiyadakı səfir Yanoş Balla təmsil edəcək.
Məlumata əsasən, Yanoş Aderin bu qərarı "Avropa Komissiyasının uyğun təqdimatına əsasən" qəbul etdiyi bildirilib.