Macarıstan prezidenti: "Ölkəmizdə FETÖ ilə bağlı araşdıma aparılacaq"

Macarıstan prezidenti: "Ölkəmizdə FETÖ ilə bağlı araşdıma aparılacaq" Yanoş Ader: "Baş nazir bununla bağlı lazımı tapşırıqlar verib"
Region
19 Avqust , 2016 16:30
Macarıstan prezidenti: Ölkəmizdə FETÖ ilə bağlı araşdıma aparılacaq

Bakı. 19 avqust. REPORT.AZ/ "Macarıstanda Fətullahçı Terror Təşkilatına (FETÖ) bağlı qurumların aşkarlanması istiqamətində araşdırma başlayacaq".

"Report" "Anadolu" agentlyinə istinadən xəbər verir ki, bunu Macarıstan prezidenti Yanoş Ader deyib.

O, ötən həftə ölkəsinin baş naziri Viktor Orbanın Macarıstanda FETÖ-yə bağlı qurumlarla bağlı araşdırmaya başlanılması barədə göstəriş verdiyinin söyləyib: "Nazirlər Kabinetinin ötən həftə keçirilən iclasında baş nazir daxili işlər, xarici işlər və xarici ticarət nazirlərinə bu istiqamətdə birlikdə istintaq aparmalarına dair təlmat verib. Türkiyənin səlahiyyətliləri də bu məsələ ilə bağlı məlumatlandırılacaqlar".

Məlumata görə, Macarıstanda FETÖ-yə bağlı iki məktəb və iş adamları ictimai birliyi fəaliyyət göstərir.

Son xəbərlər

Orphus sistemi