​Liviya Türkiyə şirkətlərini ölkədən çıxarır

​Liviya Türkiyə şirkətlərini ölkədən çıxarır Türkiyə şirkətləri 2011-ci il hadisələrindən əvvəl Liviyaya 15 milyard dollarlıq sərmayə qoymuşdu
Region
23 Fevral , 2015 15:59
​Liviya Türkiyə şirkətlərini ölkədən çıxarır

Bakı. 23 fevral. REPORT.AZ/ Liviyanın Tubruk əyalətindəki müvəqqəti hökumət Türkiyə şirkətlərinin ölkədən çıxarılması haqda qərar qəbul edib.

"Report" Türkiyə KİV-inə istinadən xəbər verir ki, bu barədə məlumat Abdullah əs-Sininin başçılıq etdiyi hökumətin rəsmi internet səhifəsində yerləşdirilib.

Məlumata görə, Türkiyə şirkətləri 2011-ci il hadisələrindən əvvəl Liviyaya 15 milyard dollarlıq sərmayə qoymuşdu. O zaman bu ölkədə 3 min Türkiyə vətəndaşı çalışırmış. Liviyada vətəndaş savaşı başlayandan sonra Türkiyə şirkətləri inşaat meydançalarındakı işlərini dayandırıb.

Liviyada 2011-ci il fevralın 17-də baş verən inqilabdan sonra sabitlik pozulub. 2014-cü ilin mayında təqaüdçü general Hafter Zintanın rəhbərliyi altında başlayan çevriliş cəhdinin qarşısı ölkənin Tripoli və Misrata bölgələrindəki inqilabçı qüvvələr tərəfindən alınmışdı. Bu hadisələrin ardından Liviyanın Tubruk əyalətində Nümayəndələr Məclisi, Tripolidə isə Milli Baş Konqres fəaliyyətə başlayıb. Tubrukdakı məclis hökumət qurduğunu da elan edib. 

Son xəbərlər

Orphus sistemi