Liviya sahillərində Türkiyə bayrağı altında üzən neft daşıyan gəmiyə hücum olub, 4 nəfər girov götürülüb

Liviya sahillərində Türkiyə bayrağı altında üzən neft daşıyan gəmiyə hücum olub, 4 nəfər girov götürülüb Girov götürülənlərin kimliyi və vətəndaşlığı hələlik məlum deyil
Region
2 Mart , 2017 13:08
Liviya sahillərində Türkiyə bayrağı altında üzən neft daşıyan gəmiyə hücum olub, 4 nəfər girov götürülüb

Bakı. 2 mart. REPORT.AZ/ Türkiyə bayrağı altında üzən “Hacı Telli” adlı neft daşıyan gəmiyə Liviyanın Zvara limanı sahillərində hücum nəticəsində 4 nəfər girov götürülüb.

“Report” “T24”ə istinadən xəbər verir ki, gəminin göyərtəsində 11 nəfər olub.

Məlumata görə, onlardan 7-si sərbəst buraxılıb, 4 nəfər isə girov götürülüb.

Xəbərdə bildirilib ki, 5 nəfərdən ibarət silahlı qrup gəmiyə çıxaraq 4 nəfəri zorla qaçırıblar.

Girov götürülənlərin kimliyi və vətəndaşlığı hələlik məlum deyil.

Son xəbərlər

Orphus sistemi