Yuxarı
    Bağlamaq

    Litvada Rusiyanın 4 hərbçisi qatardan endirilərək geri yola salınıb

    Gedryus Mişutis: “Yoxlama zamanı Rusiyanın 4 hərbçisinin mülki geyimdə bir kupedə olduğu müəyən edilib”© Tass.ru

    Bakı. 2 iyun. REPORT.AZ/ Litva sərhədçiləri Rusiyanın 4 hərbçisini qatardan düşürüblər.

    “Report” TASS-a istinadən xəbər verir ki, bunu Litva Sərhəd Xidmətinin nümayəndəsi Gedryus Mişutis bildirib.

    Onlar Litvadan tranzitlə Kalininqraddan Moskvaya gedən qatarda olublar. Sərhədçilər rusiyalı hərbçilərin Litvanın dövlət sərhədini keçməsinə icazə verməyiblər.

    “Yoxlama zamanı Rusiyanın 4 hərbçisinin mülki geyimdə bir kupedə olduğu müəyən edilib. Litva sərhədini keçmək istəyən 4 və daha çox hərbçidən ibarət qrup hərbi tağım sayılır. Onlar tranzit keçmək üçün xüsusi icazə almalıdırlar. Həmin sərnişinlərin isə belə sənədi olmayıb. Elə həmin gün onlar başqa qatarla Kalininqrad vilayətinə yol salınıblar”, - G.Mişutis vurğulayıb. 

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi