Litvada Rusiyanın 4 hərbçisi qatardan endirilərək geri yola salınıb

Litvada Rusiyanın 4 hərbçisi qatardan endirilərək geri yola salınıb Gedryus Mişutis: “Yoxlama zamanı Rusiyanın 4 hərbçisinin mülki geyimdə bir kupedə olduğu müəyən edilib”
Region
2 İyun , 2017 17:26
Litvada Rusiyanın 4 hərbçisi qatardan endirilərək geri yola salınıb
Tass.ru

Bakı. 2 iyun. REPORT.AZ/ Litva sərhədçiləri Rusiyanın 4 hərbçisini qatardan düşürüblər.

“Report” TASS-a istinadən xəbər verir ki, bunu Litva Sərhəd Xidmətinin nümayəndəsi Gedryus Mişutis bildirib.

Onlar Litvadan tranzitlə Kalininqraddan Moskvaya gedən qatarda olublar. Sərhədçilər rusiyalı hərbçilərin Litvanın dövlət sərhədini keçməsinə icazə verməyiblər.

“Yoxlama zamanı Rusiyanın 4 hərbçisinin mülki geyimdə bir kupedə olduğu müəyən edilib. Litva sərhədini keçmək istəyən 4 və daha çox hərbçidən ibarət qrup hərbi tağım sayılır. Onlar tranzit keçmək üçün xüsusi icazə almalıdırlar. Həmin sərnişinlərin isə belə sənədi olmayıb. Elə həmin gün onlar başqa qatarla Kalininqrad vilayətinə yol salınıblar”, - G.Mişutis vurğulayıb. 

Son xəbərlər

Orphus sistemi