​Litva XİN başçısı: "Gürcüstanla viza rejimi payızda ləğv ediləcək"

​Litva XİN başçısı: "Gürcüstanla viza rejimi payızda ləğv ediləcək" Linas Linkyaviçus: "Gürcüstan vizasız rejimi qazanıb"
Region
5 İyul , 2016 12:11
​Litva XİN başçısı: Gürcüstanla viza rejimi payızda ləğv ediləcək

Bakı. 5 iyul. REPORT.AZ/ "Avropa İttifaqı Gürcüstanla viza rejimini payızda ləğv edəcək".

"Report" Gürcüstan KİV-inə istinadən xəbr verir ki, bunu Litvanın xarici işlər naziri Linas Linkyaviçus bildirib.

"Gürcüstan vizasız rejimi qazanıb. Bu haqda Avropa İttifaqının komissiyası siyasi bəyanat da verib", - deyə litvalı diplomat vurğulayıb.

Onun sözlərinə görə, razılaşma ilə bağlı dəyişikliyin olacağı da istisna deyil: "Razılaşmaya təhlükəsizlik tədbirləri ilə bağlı müəyyən düzəlişlər ola bilər. Fikrimcə, bu prosesi payızın əvvəlinədək başa vuracağıq", - deyə Linas Linkyaviçus qeyd edib.

Son xəbərlər

Orphus sistemi