Litva "erməni soyqırımı"nın 100 illiyi ilə bağlı tədbirlərdə iştirak etməyəcək

Litva "erməni soyqırımı"nın 100 illiyi ilə bağlı tədbirlərdə iştirak etməyəcək Ermənilərin bütün səyləri puça uğrayıb
Region
31 Mart , 2015 17:21
Litva erməni soyqırımının 100 illiyi ilə bağlı tədbirlərdə iştirak etməyəcək

Bakı. 31 mart. REPORT.AZ/ Cari ilin aprel ayında qondarma “erməni soyqırımı”nın 100 illiyi ilə bağlı Ermənistanda keçiriləcək tədbirlərdə Litva rəsmilərinin iştirakı məqsədilə Ermənistanın apardığı fəaliyyət tam puça uğrayıb. 

Azərbaycanın Litvadakı səfirliyindən "Report"a verilən məlumata görə, bu istiqamətdə Ermənistanın Litvadakı səfirliyi və diasporun səylərinə, o cümlədən Ermənistan parlamentinin vitse-spikeri, Ermənistan-Litva Parlamentlərarası Dostluq Qrupunun sədri Eduard Şarmazanovun mart ayının ortalarında Litvaya qeyri-rəsmi səfəri zamanı Litva Seymində keçirdiyi görüşlərə baxmayaraq, Seymin rəhbərliyi həmin tədbirlərdə iştirakdan imtina edib.

Məlumatda o da bildirilib ki, Litva Seyminin İdarə Heyəti deputatların İrəvana ezam edilməsi ilə bağlı xahişini məsələnin həssas olduğuna görə iki dəfə rədd edib.

Ermənistanla dostluq qrupunun nümayəndəsi Dalya Kuodite bu qərarın əsassız olduğunu bildirib.

Son xəbərlər

Orphus sistemi